Для работы данного функционала, пожалуйста, обновите настройки cookies .
Нажмите ”Разрешить Bсе” или просто активируйте «Целевые файлы cookies» .
Продолжая пользоваться сайтом, Вы принимаете Политику конфиденциальности Авааз, в которой разъясняется, как могут быть использованы Ваши данные и как обеспечивается их защита.
Понятно
Мы используем cookies, чтобы лучше понимать, как люди пользуются нашим сайтом. Это помогает нам обеспечивать наилучший пользовательский опыт для вас. Вы можете ознакомиться с нашей политикой Cookies .
ОК
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə: Həmzəyev Naqif Ələşrəf oğlunun deputat mandatı ləğv edilsin!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə: Həmzəyev Naqif Ələşrəf oğlunun deputat mandatı ləğv edilsin!

1 подписали петицию. Давайте соберем
50 Сторонники

Закрыть

Подписать

,
Avaaz.org защищает Вашу конфиденциальность и будет информировать Вас об этой и подобных кампаниях
Эта петиция была создана пользователем Samir A., чье мнение может не совпадать с мнением сообщества Авааз.
Samir A.
создал эту петицию с обращением к
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə.


Müraciət

Hörmətli cənab prezident!
Biz bu müraciətə imza atan insanlar Gəncə şəhəri 38 saylı seçki dairəsindən namizədliyi təsdiq olunmuş Həmzəyev Naqif Ələşrəf oğlunun Məhəmməd Əmin Rəsulzadə haqqında söylədiyi aşağılayıcı fikirlərdən hiddətlənərək, ciddi narazılığımızı bildirir və onun mandatının ləğv edilməsi xahişiylə Sizə müraciət edirik.

Azərbaycanın şanlı tarixinə iftira atan, Ulu Öndər Heydər Əliyevin Məhəmməd Əmin Rəsulzadə haqqında dediklərinə və cənab prezidentin Məhəmməd Əmin Rəsulzadə haqqında sərəncamına məhəl qoymayan millət vəkili gəncəlilərin və ümumi dövlətin maraqlarına zidd açıqlamalar verməklə Azərbaycan xalqının və dövlətinin etimadlarını doğrultmayacağını əyani şəkildə sübut edir.

Möhtərəm cənab prezident!
Heç kəsə sirr deyil ki, hələ ulu öndər Heydər Əliyev Məhəmməd Əmin Rəsulzadə şəxsiyyətinə hörmət etdiyini, ehtiramla yanaşdığını və sadiqliyini dəfələrlə nümayiş etdirib.
Siz də öz sərəncamınızda gözəl qeyd etmişdiniz ki:
"Rəzulzadə xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadimdir."

Hörmətli cənab prezident!
Milli Məclis üzvünün seçicilər tərəfindən geri cağırılması qanunla nəzərdə tutulmadığı üçün Gəncə sakinləri adından Sizdən dəstək istəyirik!
Biz bu çağırışa imza atanlar yazıb sizdən xahiş edirik ki, YAP-nın və Gəncə Şəhər İcra Hakimiyətinin nüfuzundan və imkanlarından sui-istifadə edərək Gəncədən millət vəkili seçilmiş və bir açıqlamasıyla bütün seçicilərinin həmişəlik etibarını itirmiş Həmzəyev Naqifin deputat mandatının ləğvi üçün lazımı addımlar atasınız.
Məhəmməd Əmin Rəsulzadə haqqında qeyri-etik ifadələr işlətdiyinə görə Həmzəyev Naqif Ələşrəf oğlu barəsində qanunla nəzərdə tutulmuş şəkildə lazımi hüquqi tədbirlər görülməsi üçün öz tapşırıqlarınızı verəsiniz.
Cümhuriyyətimizin ilk paytaxtı olan Gəncə şəhəri üçün Milli Məclis deputatının yüksək adına xələl gətirən belə bir millət vəkilinin olması qəbuledilməzdir.

Ədalətli qərar verəcəyinizə əminliklə və böyük hörmətlə, Azərbaycan vətəndaşları

Опубликовано (Обновление )