Update your Cookie Settings to use this feature.
Click 'Allow All' or just activate the 'Targeting Cookies'
By continuing you accept Avaaz's Privacy Policy which explains how your data can be used and how it is secured.
Got it
We use cookies to analyse how visitors use this website and to help us provide you the best possible experience. View our Cookie Policy .
OK
Rauf Mirqədirovu azad etməyə çağırırıq!

Rauf Mirqədirovu azad etməyə çağırırıq!

1 have signed. Let's get to
50 Supporters

Close

Complete your signature

,
By continuing you agree to receive Avaaz emails. Our Privacy Policy will protect your data and explains how it can be used. You can unsubscribe at any time. If you are under 13 years of age in the USA or under 16 in the rest of the world, please get consent from a parent or guardian before proceeding.
This petition has been created by R M. and may not represent the views of the Avaaz community.
R M.
started this petition to
Rauf Mirqədirovu azad etməyə çağırırıq
Qarşıdan jurnalist Rauf Mirqədirovun işi üzrə qapalı məhkəmə prosesi gəlir. Ona qarşı CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. O, Sülh və Demokratiya İnstitutunun Ermənistanın vətəndaş cəmiyyəti qurumları ilə birgə layihələrində iştirak etməkdə və bu tədbirlər çərçivəsində dövlət sirri olan məlumatları qarşı tərəfə verməkdə ittiham olunur.

Vəkil Fuad Ağayevin rəyi:

İttiham tərəfin və məhkəmənin guya dövlət sirrinin qorunması məqsədilə qapalı proses keçirilməsi zərurəti haqqında dəlilləri əsassızdır.

Bu işdə məxfi, xüsusilə məxfi məlumat, xüsusilə əhəmiyyətli dövlət sirri yoxdur. Cinayət işi uydurma ittihama əsaslanır.

Qapalı proses keçirilməsinin məqsədi ittiham tərəfin və bəzi MTN əməkdaşlarının Azərbaycanın maraqlarına zidd fəaliyyətini gizlətməkdir.

Biz həmçinin ittihamı əsassız hesab edir və Rauf Mirqədirovu azad etməyə çağırırıq .

Rauf Mirqədirov kimdir?

Rauf Həbibulla oğlu Mirqədirov (1961-ci ildə Bakıda anadan olub) 2014-cü il aprelin 20-də həbs edilib və casusluq ittihamı ilə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasına salınıb.

Peşə fəaliyyəti

Rauf Mirqədirov Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib.

R.Mirqədirov universiteti bitirdikdən sonra “Azərnəşr” dövlət nəşriyyatında işləyib.

Rauf Mirqədirov “Azadlıq” qəzetinin ilk redaksiyasının tərkibinə daxil idi.

1989-cu ilin dekabrında daxili qoşunlar və yerli əhali arasında qarşıdurma zamanı Cəlilabad rayonunda olub.

20 yanvar 1990-cı ildə R.Mirqədirov Bakının Sovet qoşunları tərəfindən ələ keçirilməsinin qarşısını almağın mümkün olmadığını öyrəndikdə Sabunçu dairəsində insanları
barrikadalardan çıxarmağa kömək edib.

1991-ci ildən jurnalistika ilə məşğul olur. 1991-ci ildən “Ayna-Zerkalo” (“Ayna” qəzetin azərbaycan dilindəki versiyasıdır) qəzetində işləyib.

Fövqəladə hal şəraitində Rauf Mirqədirov bir qrup həmfikri ilə birlikdə qeyri-leqal olaraq “Bizim yol” qəzetini buraxırdı.

1990-cı illərin ortalarından Rauf Mirqədirov “Şərq” agentliyində, “Monitor” jurnalının redaktor müavini vəzifəsində işləyib, müxalif “Demokratik Azərbaycan” qəzetini redaktə
edib, “Millət”in, “Bu gün” qəzetinin baş redaktor müavini olub.

Rauf Mirqədirov jurnalist kimi tez-tez Dağlıq Qarabağda döyüş əməliyyatları zonasında olub.

2000-ci illərin əvvəllərindən Rauf Mirqədirov “Zerkalo” qəzetində işləyir. 2011-ci ildən Türkiyədə yaşayır, “Zerkalo” qəzetinin müxbiri kimi işləyirdi.

Rauf Mirqədirov dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi problemləri üzrə müxtəlif beynəlxalq konfranslarda iştirak edib.

İctimai və siyasi fəaliyyəti

80-ci illərin ortalarında Rauf Mirqədirov ilk qeyri-formal təşkilatların yaradılmasında fəal iştirak edib, sonradan isə Azərbaycan milli-demokratik hərəkatının fəalı olub.

R.Mirqədirov Xalq Cəbhəsinin, xüsusən onun Səbail şöbəsinin yaradılmasında iştirak edib.

1991-ci ildə müxalif Azərbaycan Milli Müstəqillik Partiyasının (AMMP) təsisçiləri arasında olub və indiyədək onun siyasi şurasının üzvüdür.

1992-ci ildən 1995-ci ilə qədər Rauf Mirqədirov Milli Müstəqillik Partiyasının rəhbərliyinə daxil olub. Partiyanın mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyib.

2005-ci ildə Rauf Mirqədirov Azərbaycan parlamentinə seçkilərdə öz namizədliyini irəli sürüb.

Nailiyyətlər

2005-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Mirqədirov “Azərbaycanın əməkdar jurnalisti” adına layiq görülüb.

2008-ci ildə Rauf Mİrqədirov müstəqil mətbuatın inkişafında xidmətlərə görə Gerd Butserius adına beynəlxalq “Şərqi Avropanın azad mətbuatı” mükafatının laureatı olub.

Posted (Updated )