Update your Cookie Settings to use this feature.
Click 'Allow All' or just activate the 'Targeting Cookies'
By continuing you accept Avaaz's Privacy Policy which explains how your data can be used and how it is secured.
Got it
We use cookies to analyse how visitors use this website and to help us provide you the best possible experience. View our Cookie Policy .
OK
Azərbaycan Respublikasının prezidenti: Əlilliyi olan insanlara qarşı diskriminasiyaya son qoyulsun!

Azərbaycan Respublikasının prezidenti: Əlilliyi olan insanlara qarşı diskriminasiyaya son qoyulsun!

1 have signed. Let's get to
50 Supporters

Close

Complete your signature

,
By continuing you agree to receive Avaaz emails. Our Privacy Policy will protect your data and explains how it can be used. You can unsubscribe at any time. If you are under 13 years of age in the USA or under 16 in the rest of the world, please get consent from a parent or guardian before proceeding.
This petition has been created by Sevda S. and may not represent the views of the Avaaz community.
Sevda S.
started this petition to
Azərbaycan Respublikasının prezidenti

Stop discrimination against people with disabilities!

Скажем НЕТ дискриминации в отношении людей с ограниченными возможностями!

Mesaj: Əlilliyi olan insanlara qarşı diskriminasiyaya son qoyulsun!

Azərbaycan Repsublikası Prezidentindən aşağıdakıları təmin etməsini tələb edirik:
1. Uşaqlıqdan 1-ci qrup əlillərə və əmək stajı olmayan əlillərə təyin edilən müavinətlə bağlı qanunvericilikdə müəyyən dəyişikliklər edilərək həmin məbləğ yaşayış minimumuna uyğunlaşdırılsın.
2. Daimi qulluğa ehtiyacı olan 1-ci qrup əlillərə qulluq edən şəxslərə qulluq üçün minimum yaşayış məbləğindən az olmayan həcmdə müavinət təyin edilsin.
3. Prezident administrasiyası da daxil olmaqla bütün inzibati binalarınn girişlərində qaldırıcı qurğular quraşdırılmaqla əlil arabası istifadəçilərinin rahat girişi təmin edilsin.
4. Şəhər nəqliyyatının (metro, avtobuslar) və şəhərlərarası nəqliyyatın (şəhərlərarası avtobuslar, qatarlar) təcili olaraq əlil arabası istifadəçiləri üçün uyğunlaşdırılması istiqamətində, əlil arabası istifadəçilərinin birbaşa iştirakı ilə xüsusi tədbirlər planı hazırlansın və yetərincə büdcə ayrılaraq icra olunsun.
5. Əlilliyi olan insanlar üçün uyğunlaşdırılmış avtobusları və digər nəqliyyat növlərini respublikaya gətirən sahibkarlar bütün növ rüsum və ödəmələrdən azad edilsin. Hər il uyğunlaşdırılmış nəqliyyat növünün ümumi nəqliyyat növünə nisbətdə faiz dərəcəsi artırılsın.
6. Əlilliyi olan insanlar uyğunlaşdırılmış nəqliyyat növlərinin mövcudluğu, iş saatları və s.barədə elektron hökümət sisteminin tərkib hissəsi kimi məlumatlandırılsın. Bundan başqa, ictimai nəqliyyat növlərindən istifadənin səmərəliliyini artırmaq üçün yollar, səkilərin hündürlüyü (və yaxud səkilərin dayanacaq hissəsi) və yol keçidlərində ramplar (panduslar) beynəlxalq standartlara uyğunlaşdırılsın. Standartlara riayət etməyən tikinti şirkətləri cərimə edilsin və cərimə məbləğləri həmin standartların bərpa edilməsinə yönəldilsin.
7. İctimai məkanlarda əlil arabası istifadəçiləri üçün uyğunlaşdırılmış tualetlər tikilsin və ya quraşdırılsın.
8. Əlil arabası istifadəçilərinin müstəqil hərəkət etmək hüququnu təmin etmək məqsədilə (aldıqları travmanın dərəcəsindən asılı olaraq) onlar dövlət hesabına fiziki parametrlərinə uyğun olan aktiv tipli və elektrik mühərrikli əlil arabaları, eləcə də onlara qulluğu yüngülləşdirən digər avadanlıqlarla təmin edilsin və bu barədə müvafiq qanunvericilik qəbul edilsin. (Adətən belə arabaların və qurğuların patentləri alınaraq ölkə daxilində istehsalına başlanır, xüsusi təlimlər keçməklə, əlilliyi olan insanları bu sahəyə cəlb etmək və onların məşğulluq problemini qismən də olsa həll etmək olar. Bir çox MDB ölkələrində hətta əlil arabaları ilə təminatla bağlı müvafiq qanunvericilik mövcuddur). Başlanğıcda, elektrik mühərrikli arabaların və bahalı qurğuların 10 ildən artıq müddətə güzəştli (faizsiz) kredit hesabına alınmasına şərait yaratmaq olar.
9. Əlilliyi olan insanların əmək hüquqları barədə kütləvi informasiya vasitələrində yanlış informasiyanın və təsəvvürlərin yayılmasına və onlara qarşı tətbiq edilən differensial yanaşmaya son verilsin.
10. Əlilliyi olan insanların, xüsusilə də əlil arabası istfadəçilərinin kvotalar üzrə məşğulluğunu təmin etmək məqsədilə iş yerlərində xüsusilə əlil arabası istifadəçiləri üçün müvafiq şərait yaradılması məqsədilə işə götürənlərə dövlət büdcəsindən vəsait ayrılsın.
11. Baş-beyin və onurğa sütunu zədələnmələri və xəstəlikləri nəticəsində dayaq-hərəkət aparatının funksiyaları pozulmuş әlilliyi olan insanların reabilitasiyasının həyata keçirilməsi üçün yerimə robotu kimi avadanlıqlar da daxil olmaqla müasir reabilitasiya vasitələri ilə təchiz edilmiş ixtisaslaşdırılmış reabilitasiya mərkəzləri yaradılsın.
12. Ümumi səbəbdən əlillərin mənzillə təminatı sahəsində yaranmış durğunluğu aradan qaldırmaq və bu kateqoriya insanların mənzil hüququnu təmin etmək məqsədilə sahibkarlara yeni tikilən binaların 1-ci və 2-ci mərtəbələrində hərəkət məhdudiyyətli insanlar üçün mənzillər ayrılması və bunun müqabilində həmin sahibkarlara müvafiq güzəştlərin təqdim edilməsi təklif edilsin.
13. Əmək fəaliyyəti ilə məşğul olan ümumi səbəbdən əlillərin vergi tutulmalı olan aylıq gəliri 1-ci qruplar üçün 500 manat, 2-ci qruplar üçün 250 manat və 3-cü qruplar üçün 120 manat məbləğində azaldılsın.

Posted (Updated )