Bu özelliği kullanmak için çerez ayarlarınızı güncelleyin.
'Tüm Izin' seçeneğini tıklayın veya 'Hedefleme Çerezleri' ni aktif hale getirin.
Devam ederek, Avaaz'ın verilerinizi nasıl kullanabileceğini ve güvenliğini nasıl sağladığını açıklayan Gizlilik Politikası nı kabul ediyorsunuz.
Anladım
Ziyaretçilerin bu siteyi nasıl kullandığını analiz etmek ve size mümkün olan en iyi deneyimi sağlamamıza yardımcı olması için çerez kullanıyoruz. Lütfen Çerez Politikamızı inceleyin.
Tamam
Hər şagirdə bir kompüter, hər şagirdə pulsuz internet!

Hər şagirdə bir kompüter, hər şagirdə pulsuz internet!

1 kişi imzaladı. Hedefimiz
50 Destekçi

Kapat

İmzanı tamamla

,
Avaaz.org gizliliğini koruyacak ve bu ve benzeri kampanyalar hakkında seni bilgilendirecektir.
Bu dilekçe Murad N. tarafından hazırlandı ve Avaaz topluluğunun görüşlerini yansıtmayabilir.
Murad N.
tarafından hazırlanan bu dilekçe
Azərbaycan Respublikası Təhsil Nazirliyi
dikkatine sunuluyor
İndi axı elə dövr deyil ki, şagird kompüterə sahib olmasın və internetə çıxışı olmasın. Az-çox inkişafı olan, inkişaf etməkdə olan ölkərdə bu ciddi problem deyil. Qonşu Gürcüstan da 2011-ci ildən etibarən birinci sinifə gedən şagirdləri kompüterlə təmin edir. Problem xüsusilə pandemiyadan dolayı məsafədən (distant) təhsilə keçid müddətində daha qabarıq önə çıxır. Pandemiya kasıb, imkansız, ucqarda və ya elə şəhərdə yaşayan ailələrdən olan məktəblilərin təhsilinə iki qat zərbə vurur. Övladının təhsili üçün çox qısa müddətdə kompüter almağa və onu internetlə təmin etməyə imkanı çatmayan ailələrin sayının çox olmasına yəqin ki, heç kim şübhə etməz. Bunun üçün sadəcə aylıq ortalama gəlirə və sadə bir kompüterin qiymətinə baxmaq lazımdır. Nəticə odur ki, imkanlı və imkansız arasındakı bu fərq onların övladlarının gələcəyinə daha ciddi təsir edir və bərbabərsizliyin xronoloji xarakter almasına, yəni nəsildən-nəsilə ötürülməsinə xidmət edir.

Məsafədən (distant) təhsil zamanı şagirdlərə pulsuz internetin verilməməsi əslində Konstitusiyanın 42-ci maddəsi olan Təhsil hüququnun pozulması deməkdir. Bunu bir çox baxımdan əsası var. Misal üçün, həmin maddənin II bəndində yazılır: "Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir." Dövlət şagirdlərə pulsuz internetdə vermirsə, bu prinsip pozulmuş sayılır. Bu ona bənzəyir ki, dövlət deyir, təhsili verir, ancaq məktəb binasının icarəsinin pulunu şagirdlər verməlidir. Məktəb binasının icarəsinə və ya hər hansı bir tədris zamanı istifadə edilən avadanlığa və ya infrastruktura heç bir ödəniş edilmədiyi kimi internet üçün də şagird heç bir ödəniş etməməlidir. Çünki eyni prinsiplə, məktəb binası, tədris avadanlığı qədər internet də tədris zamanı istifadə edilən məhsul-xidmətdir. Həmin maddənin V bəndində isə yazılır ki: "Dövlət minimum təhsil standartlarını müəyyən edir."Müəllimlə tələbənin ünsiyyət qura bilməsi təhsilin birinci standartıdır, dövlət bu ünsiyyət vasitəsi olan interneti təmin edə bilmirsə, təhsil standartının təmin edilmədiyini hesab etmək olar. Dövlət indiki halda pulsuz internet təmin etmədiyi üçün minimum ünsiyyət standartını müəyyən edə bilmir.

Hər şagirdə bir kompyuter verilməsi 2013-cü ildə qəbul edilmiş təhsil strategiyasının və onun 2015-ci ildə qəbul edilmiş fəaliyyət planının tərkib hissəsidir və 2020-ci ilə qədər icra edilməli idi. Ancaq 2020-cı ildə, yəni artıq fəaliyyət planı icra edilib başa çatmalı olduğu - hər şagirdin bir kompüterə sahib olmalı olduğu ildə təhsil naziri bu məqsəddən yayındıqlarını açıq şəkildə müsahibəsində bildirir.

Pandemiyanın tezliklə ortadan qalxacağına əmin deyilik. Vaksinasiya sürəti hər yerdə zəif davam edir və vaksinasiya virusun mutasiya olunmuş halının öhdəsindən gəlməyə bilər. Biz aşağı-yuxarı ən az bu ilin sonna qədər normala qayıda bilməyəcəyik. Hətta bir çoxları bunun gələn ilin axırına qədər davam edəcəyini deyir. Bu ilin sonuna qədər olan müddət belə önəmlidir. Biz kifayət qədər vaxt itirmişik və daha da vaxt itirmədən şagirdlərimizi kompüter və pulsuz internet ilə təmin etməliyik. O da gözləniləndir ki, yaxın gələcəkdə də oxşar pandemiya halları olsun. Bir çox inkişaf etmiş ölkə artıq bütün ictimai siyasətini buna uyğunlaşdırır. Yəni, yeni dünyanın yeni reallığı var və biz bu reallıqda dərsə getməyib evdə oturan və kompüteri, interneti olmayan məktəbli ilə inkişafa ümidlənməyimiz boşuna olar. Həm də ki, axı ilin-günün o vaxtı deyil daha, hər bir məktəblinin kompyuterə və internetə çıxışı olması dövranın bir diqtəsidir. Bu, artıq bir haqqdır.

Başa düşürəm, bəziləriniz deyə bilər ki, bizim təhsilimiz elə bərbad vəziyyətdədir ki, kompüter və internetlə düzələsi deyil. Haqlısınız, ancaq kompyuterə sahib olmaq və internetə çıxışı olmaq, qismən də olsa, şagirdə kömək etmiş olar, ona dünyanı açmış olar. Amma burada ən əsası məsələ yuxarıda dediyim kimi birinci qısa müddətdə distant təhsilik imkanlı və imkansız arasında yaratdığı uçurumu aradan qaldırmaq, ikincisi dövranla ayaqlaşmaq, üçüncüsü isə ölkəni gələcəyə hazırlamaqdır.

Təhsil Nazirliyini hər bir şagirdi kompüter və internet ilə təmin etməyə və bu tələbin icrasını da - ehtiyacın həcminin müəyyənləşdirilməsi, tender, məktəbliyə çatdırılma və s. - şəffaf icra etməyə çağırırıq. Bu təminat mütəmadi icra edilməlidir, kompütersiz və internetsiz məktəbli qalmamalıdır. 
Yüklendi (Güncelleme )